"Qarabağ"ın qələbəsi, "Braqa"da istefa səsləri

"Qarabağ"ın qələbəsi, "Braqa"da istefa səsləri
Futbol, Eksklüziv
16 Fevral 2024 - 22:02

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Qarabağ"a məğlubiyyət "Braqa" azarkeşlərini əsəbləşdirib. Azərbaycan çempionunu alqışlayan Portuqaliya klubunun azarkeşləri, rəhbərliyin, baş məşqçi Artur Jorjenin istefasını tələb ediblər.

"Braqa" "Qarabağ"ı keçə bilməsə, Jorjenin yola salınacağı gözlənilir. 

Qeyd edək ki, Azərbaycan klubu Portuqaliyada 4:2 hesablı qələbə qazanıb. Cavab matçı fevralın 22-də keçiriləcək.

Digər xəbərlər