"Qarabağ"ın Avropa Liqasında heyəti: 3 futbolçu siyahıya daxil edilmədi
"Qarabağ" Avropa Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Baş məşqçi Qurban Qurbanov 3 futbolçu - Şahruddin Məhəmmədəliyev, Hamidu Keyta və Redon Cicanı heyətdən kənar qoyub. Qolkiper zədəlidir və komandadan getmək istəyir.
Supersport.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, yeni formatda keçiriləcək turnirin 8 matçı üçün sifariş vərəqində 24 futbolçu yer alıb.
Qapıçılar: 97. Fabiyan Buntiç, 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə;
Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;
Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 24. Aleksey İsayev, 66. Patrik Andrade;
Hücumçular: 11. Emmanuel Addai, 18. Olavio Juninyo, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.
Qeyd edək ki, ilk qarşılaşmasını sentyabrın 26-da səfərdə keçirəcək "Qarabağ" “Tottenhem”lə üz-üzə gələcək. Ardınca Qurban Qurbanovun komandası evdə “Malmö” və “Ayaks”la, səfərdə “Bodo Qlimt”lə görüşəcək. "Lion"u qəbul etdikdən sonra “Elfsborq”un qonağı olacaq Ağdam təmsilçisi son 2 oyununu 2025-ci ildə keçirəcək. “Qarabağ” evdə FCSB, səfərdə “Olimpiakos”la üz-üzə gələcək.