Boş danışanlar, səviyyəsizin "vəkillər"i

Azərbaycanda da haqqı görməyən korlara, doğrunu eşitmək istəməyən karlara, qəlbi qaralara rast gəlinir.
İdman sahəsində də belə insanların olması təəssüfləndiricidir.
Allah yaxşı, ədalətli, dürüst insanlara böyük qiymət verir.
Şeytanın xidmətçiləri doğrunu heç vaxt qəbul etməzlər.
Bizim məqsəd maksimum dərəcədə ölkə idmanının təbliğinə, idarəçilərin, mütəxəssislərin ədalətli qərarlar verməsinə, şəffaflığın təmin olunmasına çalışmaqdır.
Bəziləri gənclər və idman naziri Fərid Qayıbovun Milli Olimpiya Komitəsindən kənarlaşdırılmasını, bolqar Mariana Vasilevanın gənclər və idman nazirinin müavini vəzifəsindən qovulmasını unutmasınlar.
Bir müddət əvvəl "Bəzi azarkeşlərin "Neftçi"ni "Kəpəz"ə qəsdən uduzmaqda ittiham etməsinə münasibətiniz necədir" sualını paytxat klubunun baş məşqçisi Samir Abasova ünvanlamağımız bomba effekti yaratdı. S.Abasov isə canlı yayımda "Kameraları söndürün, qadınlar çıxsın, danışım" deməklə səviyyəsiz, ədəbsiz, tərbiyəsiz hərəkətiylə gündəmə düşmək istədi, bununla xalqa, mediaya böyük hörmətsizlik etdi, sonradan üzr də istəmədi. Abırsızın həyası olmaz. Mətbuatın əksəriyyəti Samir Abasovun ədəbsiz hərəkəti qarşısında susdu, acizlik göstərdi, hətta onlar sırasında utanmadan bizi günahlandıranlar da oldu. Bir məqamı xatırladaq ki, "Turan"ın təcrübəli baş məşqçisi Kurban Berdıyev ölkəmizdə jurnalisti məşqə buraxmadığı üçün üzr istəmişdi.
AFFA, PFL rəhbərliyi də Samir Abasovun tərbiyəsiz hərəkətinə göz yumdu, özlərini "korluğa" vurdular.
Bəzi "jurnalist"lər, "Neftçi"nin "yem"lədiyi şəxslər bizi səhv çıxartmağa çalışdı, onlar sırasında "vəkil"lik edənlər də tapıldı. Samir Abasovun bu məsələdə müdafiəçiləri onun tayıdır.
Əvvəlcə saytımızı sosial şəbəkədə günahlandırmağa çalışan Sabuhi adlı birisi sonradan sualımızın trendə çevrildiyini etiraf etdi. Fərəc adlı biri də əlini dinc qoymadı. Hiss olundu ki, paxıllığımızı çəkənlər də var. Haqqı pula satanları, pis niyyətliləri, cibləri üçün, sifarişlə işləyənləri də tanıyırıq.
"Neftçi" "Kəpəz"ə məğlub olan zaman paytaxt klubunun sosial şəbəkədəki profilində "Neftchi Baku" [Fan Page] azarkeşlərinin yazdığı "Bu oyun deyildi, artıq biabırçılıq idi. 2 oyun qələbə olan kimi şişirsiniz. Belə oyun olmaz, kişiliyiniz olsun! Belə iyrənc oyunlardan əl çəkin, göz görə-görə verdiniz oyunu!" fikrinə heç kim reaksiya verməmişdi.
Azərbaycanda hansı komanda, futbolçu danışılmış oyunların iştirakçısıdırsa, sərt cəzalandırılmalı, heç bir güzəşt edilməməlidir.
Ölkənin telekanallarından birində də bəzi "jurnalistlər" Samir Abasova verilən sualla bağlı bizi "vurmağa" çalışdı.
İctimai Televiziya, beynəlxalq medianı izləsəniz görərsiniz ki, futbolda azarkeşlərə istinadla suallar da üstünlük təşkil edir. Nəzərdən qaçırmayın, fanatlar bu sahənin ayrılmaz hissəsidir və dünyada onların da fikirlərinə, tələblərinə xüsusi diqqət yetirilir.
İTV, əgər həqiqətən ədalətli, doğrusunuzsa, cəsarətiniz çatırsa, AFFA rəhbərliyinin yarıtmaz fəaliyyəti, uğursuz məşqçilərin yığmalarda vəzifədə saxlanılması, Azərbaycan Premyer Liqasında, kubokunda şübhəli oyunların artdığı, UEFA-dan verilən topların, formaların oğurlanması haqda danışın.
Supersport.Az