Eksklüziv: "Neftçi"də kreslo davası 

Eksklüziv: "Neftçi"də kreslo davası 
Futbol, Eksklüziv, Seçilmişlər
807
09 Oktyabr 2024 - 09:09

Supersport.Az-ın əldə etdiyi məlumata görə, antirekordlarla yadda qalan "Neftçi" Futbol Klubunda vəzifə davası başlayıb.


Komandanın idman direktoru postu boşdur və bunun uğrunda iki şəxs arasında "qırğın" gedir.


"Neftçi"nin uğursuzluqlarında əsas günahkarlar - idman müşaviri Kamil Məmmədovla futbol komandaları və əməliyyatları üzrə direktor  Zaur Əzizov idman direktoru olmaq üçün bütün imkanlarından istifadə etməyə çalışır.


Kamil Məmmədov kluba bərbad futbolçular cəlb etdiyi üçün sərt tənqid olunur.


Zaur Əzizov bir neçə gün əvvəl yola salınan baş  məşqçi Roman Qriqorçuku və bəzi zəif oyunçuları komandaya gətirmişdi.  59 yaşlı məşqçinin dövründə "Neftçi" tarixinin ən utanc uğursuzluğuyla üzləşdi, 9 turda 0 qələbə, 5 xalla 9-cu pilləyə yuvarlandı.  Ukraynalı məşqçi bəzi azərbaycanlı futbolçulara haqsızlıq edərək, onları sıxışdırdı, bir neçəsini kənarda qoydu. Qriqorçuk əməllərinin nəticəsində "Neftçi"dən kənarlaşdırıldı.


İdman direktoru olmağa namizədlər sırasında Mahmud Qurbanovun da olduğu bildirilib. 


Kamil Məmmədovun vəzifəsinin böyüdülərək bu posta gətiriləcəyi gözlənilir.


Xatırladaq ki, sentyabrın 18-də "Neftçi"nin rəhbərliyi Yens Andersonu idman direktoru vəzifəsindən çıxarıb. Anderson da azərbaycanlı futbolçulardan Emin Mahmudovla Qara Qarayevi sıxışdırmış, təzyiq edərək, onlardan maaşlarının azaldılmasına razılıq verməsini tələb etmişdi. Azərbaycan klubu isveçli Yens Andersona 2 aylıq maaş olaraq 120 min manat, həmçinin qiymətli xalça hədiyyə verərək, onu kənarlaşdırmışdı. "Neftçi" uğursuz kadr Andersona 1 il müddətində 1 milyon manat vermişdi.


Anar Cəfərsoy

Digər xəbərlər