Azərbaycan futbolunu oyuncağa çevirənlər

Azərbaycan futbolunu oyuncağa çevirənlər
Futbol, Eksklüziv, Tribuna, Yazarlar, Seçilmişlər
282
06 Yanvar 2025 - 23:21

Azərbaycan futbolunu oyuncağa çeviriblər. 


Dünyada analoqu olmayan ölkə futbolunda baş verib. AFFA aşağı liqaya hakimlər göndərməyi unudub.


Azərbaycanda uşaq futbolu, yığma komandalar, bəzi meydançalar bərbad gündədir, Premyer Liqanın səviyyəsi aşağıdır.  


AFFA-da olduğu kimi, klubların əksəriyyətində idarəçilik pis vəziyyətdədir.


Azərbaycan futbolu həm də bazara çevirilib: oyun alqı-satqısı, danışılmış oyunlar çoxalıb.


AFFA-nın əvvəlki rəhbərləri kimi, indikilər də əcnəbisevərdir, kabab iyinə gələn, işbilməz xaricilərin dediyilə oturub-dururlar, acısını çəksələr də.  


Belçikalılara milyonlar xərcləməklə Azərbaycan futbolunun inkişaf strategiyasını yazdırırlar.


Fernando Santuşun topladığı 1 xalı azərbaycanlı məşqçilərin hər biri qazana bilərdi. 1 xala görə dövlətin milyonlarını dağıtmağa dəyərdimi? AFFA-nın İcraiyyə Komitəsinin əksər üzvlərinin legioner sevdası bitməyincə futbolumuz inkişaf etməyəcək. Foqts, Yurçeviç, De Byazi kimilər milli komandanı quyunun dibinə atıb getdilər. Ancaq cibləri dolu ayrıldılar.


İstər milli komandaya, istərsə də, hakimlərə rəhbərlik edən əcnəbilər hər iki sahəni iflic etdilər. AFFA-da çalışan əksər rəhbərlərə əcnəbilər şirindir. Çox vaxt belə sözlər səslənir ki, legionerlərin hesabına milli qurumdakıların bəziləri də ciblərini doldura bilirlər.


Avstriyalı Frits Ştuxlikin gəlişindən sonra hakimlərimiz başlarını başqa fikirlərlə doldurmuşdular ki, onun xoşuna gəlsinlər. Dəfələrlə faktlarla qeyd etmişik ki, şəxsən onun vaxtında hakimlər komitəsi tərəfindən hakimlərə qanunsuz olaraq əlavə qonorarlar yazılmağa başlandı və yenə dövlətin pulu kimlərinsə cibinə axdı. Cavab verən oldumu? Xeyr. Barış Şimşək VAR mütəxəssisi kimi təqdim olunsa da, VAR sistemində biabırçılıq baş alıb getdi. İndi də belçikalı Frank De Blekerin bərbad fəaliyyəti dövrüdür. 3 günü Bakıda, digər günlərini Avropada və təyyarələrdə keçirən AFFA Hakimlər Komitəsinin sədri Bleker hakimlərimizə necə yardımçı ola bilər? Legioner rəhbərlər gətirildikdən sonra demək olar ki, hakimlərimizin sayı 50 faiz azalıb. Bleker, siz də ədalətdən, düzgünlükdən, tərəqqidən, olmayandan danışmayın. Bu mövsümün əvvəli 17 hakimin adını təsdiq etdiyiniz halda, bəzilərinin oyunlarda görünməməsinin səbəbi nə idi? Referilərin kimlərinsə sifarişi, "dayılar"ı vasitəsilə də təyinat aldığı haqda da xəbərlər dolaşır. Budur inkişaf?! Hakimliyi yeni başa vurmuş savadlı mütəxəssislər Blekerin edə bilmədiklərinin 10 qatını edə bilərlər.


Azərbaycanda olduğu müddətdə Frits Ştuxlik aylıq 20 min avro, Barış Şimşək 10 min avro qazandı. Hakimlər Komitəsinin indiki sədri Bleker də hər ay 40 min avroyla ciblərini doldurur.


Lazımsız əcnəbilərdən qurtulmaq lazımdır. AFFA İcraiyyə Komitəsinin əksər üzvləri, günahı başqalarının üstünə yıxmayın. Veteranları hədəf seçən Balakişi Qasımov, Şahin Cəfərov da futbol veteranıdır. Cəfərov, ölkə kubokunun qalibidir, savadlı mütəxəssisdir, Hakimlər Komitəsindəki oğurluğu ifşa edən futbol veteranıdır. Amma ona qarşı nələr etdilər? Hakim-inspektorluqdan sildilər. Balakişi Qasımov, AFFA-nın rəhbərlərindən biri, İK üzvü olaraq niyə maraqlanmırsınız ki, kimlərdir futbol mütəxəssisinə qarşı belə addım atanlar? Qurum prezidenti Rövşən Nəcəf hara baxır?


AFFA Şahin Cəfərovu 4 ildir oyunlara təyin etmir, bu mütəxəssisə azı 20 min manat zərər vurulub. Qurumun köhnə-yeni icraçı vitse-prezidenti Sərxan Hacıyev də olan yerdə ədalətsizlik davam edir. 



Çünki Elxan Məmmədovun himayəsində olan hakimlər komitəsi təmiz adamları sevmir. Futbol veteranlarına da belə münasibət bəsləndiyi vaxtda heç bir inkişafa nail ola bilməyəcəksiniz.


Supersport.Az



Digər xəbərlər