"Bayer" yerində qaldı, "Fənərbağça", "Qalatasaray" irəlilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada ilk 20 yerdə olan klubların yeni dünya reytinqini açıqlayıb.
Supersport.Az İFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "üçlük"də dəyişiklik olmayıb. İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi "Mançester Siti" (385 xal) liderdir. İspaniya təmsilçisi "Real Madrid" (313 xal) ikinci, İtaliyanın "İnter" (307 xal) klubu üçüncüdür.
Avroliqada "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer" 267 xalla 4-cü pillədə qalıb.
"Fenerbahçe" (208,5 xal) 18-ci pillədən 14-cü, "Qalatasaray" (200 xal) 26-cı yerdən 19-a qalxıb.
"Bayer"lə oyundan əvvəl Ağdamın "Qarabağ" klubu 164,75 xalla 61-ci pillədə idi. Azərbaycan komandası "Dinamo Zaqreb", "Frayburq", "River Pleyt", "Vilyarreal", "Beşiktaş", "Ayntraxt" və başqa kollektivləri geridə qoyurdu.