Azərbaycan Rusiyanı keçdi

Azərbaycan Rusiyanı keçdi
Futbol, Reytinq
503
02 Avqust 2024 - 14:42

Avrokubokların 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Supersport.Az saytnının məlumatına görə, Azərbaycanın "Zirə" klubunun Konfrans Liqasında  "DAK 1904"ü (Slovakiya) məğlub etqaşməsi (2:1) ölkəmizə daha 0,250 xal qazandırıb.

 

Bununla da xalını 18,325-ə yüksəldən Azərbaycan reytinqdə 1 pillə irəliləyib və Rusiyanı qabaqlayaraq 23-cü yerə yüksəlib. 24-cü pillədəki Rusiyanın 18,299, 22-ci yerdəki Macarıstanın 19,500 xalı var.

 

Əlavə edək ki, siyahıya İngiltərə (89.160) başçılıq edir.

Digər xəbərlər