Peyğəmbərlərə sataşanlara sərt cavab: "Yerə batsın, alçaq fikirləriniz!"

Peyğəmbərlərə sataşanlara sərt cavab: "Yerə batsın, alçaq fikirləriniz!"
Futbol, Tribuna
251
01 İyul 2025 - 07:45

Supersport.Az-ın məlumatına görə, Aləmlərə Rəhmət olaraq göndərilən Həzrəti Muhamməd peyğəmbəri təhqir edənlərin cavabını məşhur idmançılar da verir.


Türkiyə milli komandasının və "Benfika" klubunun lideri Muhammed Kerem Aktürkoğlu bu haqda fikirlərini paylaşıb:


"Peyğəmbər Əfəndimiz (S.A.V.), biz Müsəlmanlara canlarımızdan daha əzizdir. Yerə batsın, alçaq zehniyyətiniz!"


Qeyd edək ki, "Leman" jurnalı Məhəmməd (S.A.V) və Musa peyğəmbəri bombalanmış şəhərlərə çəkib, insanlar sosial şəbəkələrdə bu məsələni paylaşaraq sərt reaksiya veriblər.


İstanbul Baş Prokurorluğu məsələ ilə bağlı başlatdığı istintaq çərçivəsində rəsmin sahibi, 2 baş redaktor və məsul baş redaktor olmaqla 4 nəfər haqqında həbs qərarı çıxarıb. Artıq günahkarlar zindana atılıb.

Digər xəbərlər