AFFA rəhbərliyinin "diktatorluğu", Qurban Qurbanovun ayrılmaq istəyi

AFFA rəhbərliyinin "diktatorluğu", Qurban Qurbanovun ayrılmaq istəyi
Futbol, Eksklüziv
186
15 Mart 2025 - 23:33

Azərbaycan futbolunda faydalı insanlara bəzi idman qurumlarının rəhbərliyi "diktatorluq" etməyə cəhd edir.


AFFA yeni-köhnə rəhbərliyinin məşhur mütəxəssis Qurban Qurbanovla ölkə futbolunun inkişafı üçün çalışan "Turan"ın sədri Ehtiram Quliyevə də qarşı soyuq münasibət göstərməsi belə düşünməyə əsas verir.



Əvvəlcədən razılaşdırıldığı kimi AFFA rəsmilərinin İcraiyyə Komitəsinin növbəti iclasını Tovuzda deyil, Bakıda keçirməsi bunu aşkar olaraq göstərdi. 



Rövşən Nəcəf ikinci dəfə toplantını AFFA-da yox, SOCAR-ın inzibati binasında təşkil etdi.


İclasda bir sıra qərarlar qəbul olunsa da, toplantı tam tərkibdə keçirilmədi.


AFFA İcraiyyə Komitəsinin üzvü, "Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov görüşə qatılmadı.


AFFA rəhbərliyinin qeyri-ciddi fəaliyyəti ortaya çıxdı.

 

Bakıda keçirilməli olan "Qarabağ" – "Kəpəz" oyununun AFFA-nın müraciəti ilə Tovuzda oynanılmasına qərar verilsə də, qurum rəhbərliyi fikrini dəyişdi. AFFA prezidenti seçilərkən vədlər verib əməl etməyən Rövşən Nəcəfin növbəti yalanı üzə çıxdı. 


AFFA rəhbərliyi Qurban Qurbanovu Tovuza göndərib, özləri isə SOCAR-ın binasında onun iştirakı olmadan iclas keçirdi, həmçinin Tovuzda yeni futbol akademiyasının açılışının baş tutmamasına səbəb oldu. 


Rövşən Nəcəfin komandası bununla Qurban Qurbanovla, "Turan"a, həmçinin növbəti dəfə futbol ictimaiyyətinə hörmətsizlik etdi. AFFA rəhbərliyi yenə peşəkarlara əhəmiyyət vermədi, "oyun oynadı", əcnəbilərə yazdırdığı strategiyaya qarşı da çıxdı. 


Proseslərin gedişi göstərir ki, AFFA rəhbərliyi "Şöhrət" ordenli mütəxəssis Qurban Qurbanova da mənfi yanaşır. Rövnəq Abdullayev, Elxan Məmmədovun fəaliyyəti dövründə də Qurbanov eyni aqibəti yaşamış, AFFA-dan, milli komandadan ayrılmağa qərar vermişdi. Rövşən Nəcəfin rəhbərliyi zamanı millinin baş məşqçi vəzifəsinə Fernando Santuş gətirilən zaman Qurban Qurbanov İcraiyyə Komitəsinin iclasına qatılmamışdı. Bir müddət əvvəl Qurbanovun AFFA-dan ayrıldığı xəbərini, mütəxəssis təsdiq etməmişdi. Qurban Qurbanovun AFFA yeni-köhnə rəhbərliyinin fəaliyyətindən narazı olduğu iddia olunur.


"Turan" bir müddət əvvəl qurumun mənfi işinə reaksiya verdiyi üçün cərimələnsə də, "VAR-ı rədd etmək lazımdır" deyən, tərbiyəsizlik edən "Neftçi"nin baş məşqçisi Samir Abasovu cəzalandırmaması AFFA-nın ayrı-seçkilik etdiyini göstərir. 


11 ay müddətində Rövşən Nəcəfin komandası uşaq futbolunu bərbad vəziyyətdə, "day-day"lı kadrları, uğursuz məşqçiləri vəzifədə saxladı, infrastruktur probleminin həlli istiqamətində addımlar atmadı, bəzi klublara qarşı düşmənçilik etdi, ədalətsiz hakimlərin müdafiəsinə qalxdı, bəzi media nümayəndələrinə də yalan vədlər verdi. 


Qurban Qurbanovun Rövşən Nəcəfin də başçılıq etdiyi AFFA-dan ayrıldığını və ya ümumiyyətlə, iclasdan iştirakdan imtina etdiyini güman etmək olar. AFFA isə məsələni yayındırmaq üçün Qurbanovun oyundan bir gün əvvəl keçirilən toplantıya qatılmamasını Tovuzdakı matça yollanmasıyla əlaqələndirib.


AFFA rəhbərliyi dəfələrlə səhv yolla getsə də, çox vaxt "diktatorluq" etməyə çalışır. 


Supersport.Az


Digər xəbərlər