"Qarabağ" gerilədi, "Neftçi" reytinqdən kənar qaldı

"Qarabağ" gerilədi, "Neftçi" reytinqdən kənar qaldı
Futbol, Reytinq
485
10 Oktyabr 2024 - 15:11

Supersport.Az xəbər verir ki, "Qarabağ" dünya klublarının reytinq siyahısında 8 pillə geriləyib.


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı bu məlumatı yayıb.


"Qarabağ" (174,75 xal) 60-cı, "Zirə" (95,75 xal) 10 mövqe irəliləyərək 201-ci, "Sabah" isə (60,75 xal) 17 pillə artıraraq 411-ci yerdədir.


503 klubun olduğu siyahıda "Neftçi" yoxdur.


Qeyd edək ki, reytinqdə "Real Madrid" (420 xal) birincidir. "Mançester Siti" (364 xal) ikinci, "Bayer 04" (362 xal) üçüncü pillədə qərarlaşıb.

Digər xəbərlər