"Qarabağ"la "Neftçi" dünya reytinqində irəlilədi

"Qarabağ"la "Neftçi" dünya reytinqində irəlilədi
Futbol, Reytinq
10 Fevral 2024 - 22:13

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Supersport.Asaytının məlumatına görə, 403 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" 146.5 xalla 70-cidir. Ağdam klubu əvvəlki siyahı ilə müqayisədə 3 pillə irəlləyib.

"Neftçi" 57.5 xalla 398-cidir. Paytaxt təmsilçisi son reytinqdə 53.75 xalla 469-cu idi.

Siyahıya 359 xalla "Mançester Siti" liderlik edir. "Real Madrid" 332 xalla 2-ci, "İnter" isə 281 xalla 3-cüdür.


 

Digər xəbərlər