Mahir Emreli oynadı, komandası uduzdu
Futbol
341
15 Dekabr 2024 - 22:19
Almaniya 2-ci Bundesliqasında XVI turun oyunları keçirilir.
Supersport.Az xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" "Köln"ə məğlub olub.
Görüşdə rəqib 3:1 hesablı qalib gəlib. "Nürnberq"in qələbəsiz oyunlar seriyası 6-ya yüksəlib.
Mahir matçın start heyətində yer alsa da, qol vura bilməyib, fasilədə əvəzlənib.
Qeyd edək ki, "Nürnberq" 19 xalla 13-cü pillədə yer alıb.