"Qarabağ"ın futbolçusu Juninyo "Sevilya"ya keçir
Futbol
456
29 Dekabr 2024 - 09:17
Supersport.Az İspaniya mətbuatına istinadla xəbər verir ki, "Qarabağ"ın futbolçusu Juninyonun "Sevilya"ya transferi yaxın günlərdə mümkün olacaq.
Klublar arasında razılıq əldə olunduğu bildirilir.
Braziliyalı hücumçunun La Liqa klubuna keçidi 3-3,5 milyon avroya başa gələcək.
28 yaşlı forvardın "Sevilya"nın La Liqanın 20-ci turu çərçivəsində yanvarın 12-də "Valensiya" ilə keçirəcəyi oyuna qədər komandaya qoşulacağı məlumatı verilib.
Qeyd edək ki, "Qarabağ" Juninyonu ötən ilin yayında Portuqaliyanın "Şaveş klubundan alıb. Braziliyalı futbolçu bu mövsüm Ağdam təmsilçisinin heyətində keçirdiyi 26 rəsmi matçda 10 qol vurub və 3 məhsuldar ötürmə verib.
Digər xəbərlər
23:39, 31 Dekabr 2024
Gələcəyi parlaq olacağı gözlənilən döyüşçü - Foto
09:00, 31 Dekabr 2024
Video - Marko Veşoviç: "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinə vəsiqə üçün sonadək döyüşəcək"
20:51, 30 Dekabr 2024