Video - Marko Veşoviç: "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinə vəsiqə üçün sonadək döyüşəcək"

Video - Marko Veşoviç: "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinə vəsiqə üçün sonadək döyüşəcək"
Futbol, Eksklüziv, Video
505
31 Dekabr 2024 - 09:00

Supersport.Az Avropa Liqasında yarışan "Qarabağ"ın legioneri Marko Veşoviçin fikirlərini videogörüntüyə alıb.


Çernoqoriyalı futbolçu komandasının pley-off mərhələsinə qazanmaq şanslarının təkcə özlərindən yox, digər klublardan da asılı olduğunu bildirsə də, son iki oyunda sonadək mübarizə aparacaqlarını vurğulayıb.


33 yaşlı müdafiəçi 3 ildir ki, "Qarabağ"ın uğurları üçün çalışır.


Qeyd edək ki, "Qarabağ" Avroliqanın son iki oyununda gələn il yanvarın 23-də Rumıniyanın FCSB ("Styaua") klubunu Bakıda qəbul edəcək, yanvarın 31-də isə Yunanıstanın "Olimpiakos" komandasının qonağı olacaq.


Avropa Liqasının turnir cədvəlində 36 klub sırasında FCSB 6 turdan sonra 11 xalla 10-cu, "Olimpiakos" 9 xalla 15-ci, "Qarabağ" 3 xalla 33-cü yeri tutur. 

Digər xəbərlər