"Sevilya" siyahısında birinci olan "Qarabağ"ın futbolçusu Juninyo üçün məbləği 5 milyon avroya artırdı
Supersport.Az-ın İspaniya mətbuatına istinadla məlumatına görə, "Qarabağ"ın futbolçusu Juninyo "Sevilya"nın transfer siyahısında birincidir.
Sevilya klubunun maliyyə imkanlarının məhdud olduğu, Juninyonu heyətə cəlb etməyi həyata keçirməyin asan olmayacağı bildirilib.
Futbolçuyla razılıq əldə olunduğu, "Sevilya"nın "Qarabağ"la danışıqları davam etdirdiyi qeyd edilib.
Azərbaycan təmsilçisi, İspaniya klubunun ikinci təklifiylə də razılaşmayıb. Braziliyalı hücumçunun La Liqa klubuna keçidi üçün son olaraq 3-3,5 milyon avro veriləcəyi haqda xəbər yayılmışdı.
"Sevilya"nın ücüncü cəhdində "Qarabağ"a 5 milyon avro vermək istəyini çatdıracağı vurğulanıb.
28 yaşlı forvardın "Sevilya"nın La Liqanın 20-ci turu çərçivəsində yanvarın 12-də "Valensiya" ilə keçirəcəyi oyuna qədər komandaya qoşulacağı məlumatı verilib.
Xatırladaq ki, "Qarabağ" Juninyonu ötən ilin yayında Portuqaliyanın "Şaveş klubundan alıb. Braziliyalı futbolçu bu mövsüm Ağdam təmsilçisinin heyətində keçirdiyi 26 rəsmi matçda 10 qol vurub və 3 məhsuldar ötürmə verib.