AFFA-nın Qəbələdə millinin oyununda bərbad təşkilatçılığı - Eksklüziv

AFFA-nın Qəbələdə millinin oyununda bərbad təşkilatçılığı - Eksklüziv
Futbol, Eksklüziv, Tribuna
1089
16 Noyabr 2024 - 20:55

Supersport.Az-ın təmsilçisi Məhəmməd Əliyev UEFA Millətlər Liqasının 5-ci turunda Qəbələdə keçirilən Azərbaycan - Estoniya matçında AFFA-nın biabırçı təşkilatçılığının şahidi olub və saytımıza bunları yazıb.


"Oyunun təşkilatçılığı bərbad idi.


Stadiona 30-cu dəqiqəyə qədər azarkeşlərin buraxılmasında problemlər yaranmışdı.


Oturacaqlar nömrələnməmişdi, stadiona biletsiz girənlər bilet ilə girənlərin yerində oturmuşdu.


Qonaq sektor yox idi.


Qonaqları gətirib bilet alan azərbaycanlı azarkeşlərin yerində oturmuşdular".

Digər xəbərlər