AFFA iki legioner futbolçunu milliyə gətirir

AFFA iki legioner futbolçunu milliyə gətirir
Futbol
722
04 Yanvar 2025 - 20:21

İngiltərənin Çempionşip divizionunda çıxış edən futbolçular Azərbaycan milli komandasının formasını geyinə bilər.



Supersport.Az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.



Azərbaycanın əsas millisinin direktoru İlqar Qubanovun bunun üçün danışıqlar apardığı bildirilir.



Futbolçulardan biri 27 yaşlı Daniel Barlaser vaxtilə Türkiyə və İngiltərənin yeniyetmələr yığmalarında çıxış edib, 2023-cü ildən "Middlsbro"dadır. Danielin qiyməti 2 milyon 200 min avrodur.


22 yaşlı Dennis Cirkin isə İrlandiyada doğulub, sol cinah müdafiəçisidir. O, "Tottenhem"in yetirməsi olsa da, 2021-ci ildən "Sanderlend"də çıxış edir, həmçinin İngiltərənin yeniyetmələr və gənclər yığmalarının formasını geyinib. Sirkinin qiyməti 6 milyon avrodur.

Digər xəbərlər