Eksklüziv: "Neftçi" qalmaqallı futbolçunu kənarlaşdırmaq istəyir

Eksklüziv: "Neftçi" qalmaqallı futbolçunu kənarlaşdırmaq istəyir
Futbol, Eksklüziv
368
06 Yanvar 2025 - 10:01

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi" futbol klubu daha bir üzvüylə yolları ayıra bilər. 


Azərbaycan klubunun baş məşqçisi Samir Abasov fransalı müdafiəçi Ervin Koffini heyətdən kənarlaşdırmaq istəyir. 


"Neftçi"yə 2023-cü ilin iyulun 25-də gətirilən 29 yaşlı futbolçunun müqaviləsi 2025-ci il 30 iyunda bitəcək. Fransalı müdafiəçi ötən müddətdə klubunun heyətində 54 matçda 2 qol vurub, 6 məhsuldar ötürmə verib.


Qeyd edək ki, Azərbaycan Premyer Liqanın II turunda Bayılda "Səbail"lə keçirilən matçdan (1:1) sonra "Neftçi"nin futbolçusu Ervin Koffiylə klubun azarkeşləri arasında qalmaqal yaranıb.

Fanatlar futbolçuları tənqid etmək üçün tribunaya çağırıb. Kapitan Emin Mahmudova şikayətlərini dedikləri zaman Ervin Koffi tribunalardan uzaqlaşmaq istəyib.

Bu zaman tərəfdarlar ondan geri qayıtmasını tələb edib. Əsəbləşən müdafiəçi azarkeşlərə su butulkası tullayıb.

Bundan sonra ara qarışıb. Fanatlardan biri meydana daxil olsa da, polis və təhlükəsizlik xidmətinin əməkdaşları müdaxilə edərək, hadisənin böyüməsinin qarşısını alıb.


"Neftçi" rəhbərliyi buna görə Ervin Koffini böyük məbləğdə cərimələyib.


AFFA İntizam Komitəsi fransalı futbolçunu 2 oyun cəzalandırıb, "Neftçi" 2000 manat cərimələnib. 


Koffi, klub rəhbərliyi, fanatlarla görüşdə üzr istəyib.


Digər xəbərlər