Bakıda "Təmiz qələbə: Olimpiya ilinə yeni baxış" adlı beynəlxalq konfrans - Foto-Video

Bakıda "Təmiz qələbə: Olimpiya ilinə yeni baxış" adlı beynəlxalq konfrans - Foto-Video
Olimpiya, Digər, Eksklüziv, Video, Dopinq
300
16 Dekabr 2024 - 16:43

Supersport.Az Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə baş tutan "Təmiz qələbə: Olimpiya ilinə yeni baxış" adlı beynəlxalq konfransı videogörüntüyə alıb.



Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, idman ictimaiyyətinin nümayəndələri, Ümumdünya Antidopinq Agentliyi (WADA), Beynəlxalq Test Agentliyi və müxtəlif ölkələrin antidopinq təşkilatlarının rəhbər şəxsləri iştirak ediblər.


Azərbaycanın Dövlət Himni səsləndiriləndən sonra nazir müavini M.Vasileva çıxış edərək tədbir iştirakçılarını salamlayıb:


"İdmana ölkəmizdə xüsusi qayğı göstərilir. Komanda ruhu və keyfiyyət əsas dəyərlərimizdən biridir. İdmançılarımıza təmiz qələbələr, konfrans iştirakçılarına isə uğurlar arzulayıram".


Ardından WADA-nın prezidenti Vitold Bankanın videomüraciəti göstərilib:


"Təəssüflər olsun ki, orada iştirak edə bilmirəm. Bu konfrans olduqca önəmli yığıncaqdır. Burada Paris-2024-də əldə olunmuş əsas nailiyyətlərə toxunacağıq. Konfransın gündəliyi ilə də tanışsınız. Təşkilatçılıq üçün AMADA-ya təşəkkür edirik. Hər zaman sizə dəstək göstərməyə hazırıq. Birlikdə işləməklə hədəflərimizə nail ola bilərik. Hamınıza uğurlar".


Təhminə Tağı-zadə tədbir iştirakçılarına uğurlar arzulayaraq, il ərzində gördükləri işlər barədə danışıb.


"Olimpiya ilinin uğurla başa çatması münasibətilə hamınızı təbrik edirəm.

Bu tədbir ötən olimpiya ilini təhlil etmək və gələcək idmana baxış üçün platformadır. Bu il bizim üçün uğurlu olub. Qarşıya qoyulmuş məqsədləri müvəffəqiyyətlə icra etmişik. İl ərzində 1000-dən çox test aparılıb, 2000-dən çox iştirakçı ilə biliklərimizi bölüşmüşük. Yekun rəqəmlər ilin sonunda açıqlanacaq". 


Daha sonra beynəlxalq konfransı başlayıb, bildirilib ki, Paris Olimpiadasında atletlərin 90 faizi testdən keçirilib, 10 faiz isə kənarda qalıb. Bəzi ölkə idmançılarının yoxlamadan yayındığı qeyd olunub.

Digər xəbərlər