"Qızıl top"a namizədlərin siyahısı: Ronaldo, Messi kənarda qaldı

"Qızıl top"a namizədlərin siyahısı: Ronaldo, Messi kənarda qaldı
Futbol
258
05 Sentyabr 2024 - 12:17

“France Football” nəşri 2024-cü il “Qızıl top”a namizədlərin siyahısını açıqlayıb.

 

Supersport.Az-ın məlumatına görə, siyahıda 30 futbolçu yer alıb.

 

Onların sırasında Kriştiano Ronaldo (Portuqaliya millisi, “Əl-Nəsr”) və Lionel Messi (Argentina millisi, “İnter Mayami”) yoxdur. Son 21 ildə ilk belə hal olub.

 

Bir məqamı da qeyd edək ki, 21 ildən sonra türk futbolçu "Qızıl top"a namizəddir. Hakan Çalhanoğlu da bu siyahıdadır. Sonuncu dəfə 2003-cü ildə Nihat Kahveçi ilin ən yaxşısı adına namizəd olmuşdu. 

 

“Qızıl top”a namizədlərin siyahısı:

 

Cud Bellinqem, Kilian Mbappe, Vinisius Junior, Toni Kroos (karyerasını bitirib), Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvaxal (hamısı “Real”), Ruben Diaş, Erlinq Haaland, Fil Foden, Rodri (hamısı “Mançester Siti”) , Emiliano Martines (“Aston Villa”), Niko Uilyams (“Atletik”), Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (hamısı “Bayer”), Artem Dovbik (”Roma”), Mats Hummels (”Roma”), Dani Olmo (”Barselona”), Lamin Yamal (“Barselona”), Harri Keyn (“Bavariya”), Vitinya (PSJ), Koul Palmer (“Çelsi”), Bukayo Saka, Martin Edeqor, Vilyam Saliba, Deklan Rays (hamısı “Arsenal”), Hakan Çalhanoğlu, Lautaro Martines (hər ikisi “İnter”), Ademola Lokman (“Atalanta”).

 

Qeyd edək ki, "Qızıl top"un təqdimetmə mərasimi oktyabrın 28-də keçiriləcək.

Digər xəbərlər