Dünya çempionatında Azərbaycan - Macarıstan finalı olacaq

Futbol
578
30 May 2025 - 23:00
Supersport.Az-ın məlumatına görə, Bakıda minifutbol dünya çempionatında finalçılar məlum olub.
Əvvəlcə Azərbaycan yığması Monteneqroyla qarşılaşıb. Millimiz 2:1 hesablı qələbəylə finala vəsiqə qazanıb.
Macarıstan Avropa çempionu Serbiya ilə gücünü sınayıb. Oyunun əsas vaxtında 0:0 nəticəsi qeydə alınıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Macarlar 3:1 hesablı qalibiyyətlə finala adlayıb.
Azərbaycan - Macarıstan finalı iyunun 1-də saat 20:00-da Milli Gimnastika Arenasında başlanacaq.