Əliyar Ağayevin idarə etdiyi rusların oyununda 45 min azarkeş, dava - Fotolar

Əliyar Ağayevin idarə etdiyi rusların oyununda 45 min azarkeş, dava - Fotolar
Futbol, Foto, Arena
727
07 İyun 2025 - 12:07

Azərbaycanın FİFA referisi Əliyar Ağayev Rusiya-Nigeriya yoldaşlıq oyununu idarə edib.

"Lujniki"də keçirilən matçda Ə.Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını isə rusiyalı Yevgeni Kukulyak yerinə yetirib.


Supersport.Az saytının məlumatına görə, görüş 1:1 hesabı ilə yekunlaşıb.


Ruslar 27-ci dəqiqədə avtoqolla hesabda önə keçsələr də, Emmanuel Arokodarenin 71-ci dəqiqədə vurduğu qol Nigeriya yığmasını məğlubiyyətdən xilas edib. Oyunun gedişində komandalar arasında gərginlik olub, baş hakim Əliyar Ağayev futbolçuları sakitləşdirə bilib.


Qeyd edək ki, Moskvanın "Lujniki" stadionunda0 keçirilən Rusiya - Nigeriya matçını 45 min 638 tamaşaçı izləyib ki, bu da son 6 ildə ən yaxşı göstərici olub.



Digər xəbərlər