Joze Mourinyo "Qarabağ"a yüksək qiymət verdi

Joze Mourinyo "Qarabağ"a yüksək qiymət verdi
Futbol, Eksklüziv, Tribuna
619
17 Sentyabr 2025 - 07:33

Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin ilk oyununda səfərdə "Benfika"nı məğlub edən "Qarabağ" haqda dünyanın məşhur mütəxəssisi Joze Mourinyo müsbət fikir bildirib.


"Məsələ uduzmaq deyil. "Qarabağ"ın futbolçuları hətta Portuqaliya ikinci liqasında forma geyinməyən oyunçularla "Benfika"nı məğlub etdilər.


Bu, sistemin nə qədər önəmli olduğunun açıq bir göstəricisidir".


Xatırladaq ki, "Benfika" pley-off mərhələsində Joze Mourinyonun baş məşqçisi olduğu "Fənərbağça"nı mübarizədən kənarlaşdırdığı üçün 62 yaşlı portuqaliyalı mütəxəssis istefaya göndərilmişdi.

Digər xəbərlər