Azərbaycanın futbol yığması geriyə gedir

Azərbaycanın futbol yığması geriyə gedir
Futbol
362
18 Sentyabr 2025 - 15:09

FİFA milli komandalarının sentyabr ayı üçün yenilənmiş reytinq cədvəli açıqlanıb.

Supersport.Az xəbər verir ki, Azərbaycan milli komandası daha iki pillə geriləyib: 1148,09 xalla 122-ci yerdən 124-cü yerə düşüb. Bu müddətdə millimiz DÇ-2026-nın seçmə mərhələsində iki oyun keçirib. Biri İslandiyaya (0:5), digəri Ukraynaya qarşı (1:1).

Azərbaycanın ən yaxın rəqibləri Zimbabvedir (1133,75). Malayziya isə (1148,23) millimizdən bir pillə yuxarı pillədədir.

Yığma komandamızın DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərinin sıralaması isə bu cürdür: Fransa – 2-ci (1870,92), Ukrayna – 28-ci (1543,06), İslandiya – 74-cü (1343,09).

Reytinqin ilk onluğu isə belə görünür:

1.İspaniya (1875,357)
2.Fransa (1870,92)

3. Argentina (1870,32)


4. İngiltərə (1820,44)


5. Portuqaliya (1779,55)


6. Braziliya (1761,6)


7. Niderland (1754,17)


8. Belçika (1739, 54)


9. Xorvatiya (1714,2)


10. İtaliya (1710,06

)

Digər xəbərlər