"Turan"ın forması bu şəxsə hədiyyə olundu - Foto

"Turan"ın forması bu şəxsə hədiyyə olundu - Foto
Futbol, Foto
379
18 Sentyabr 2025 - 07:58

Supersport.Az xəbər verir ki, "Huner Group"un rəhbəri Ehtiram Quliyev, Türkiyənin aparıcı tikinti şirkətlərindən biri olan NEF-in İdarə Heyətinin sədri, həmçinin Galatasaray Sportif A.Ş.-nin sabiq İdarə Heyətinin sədr müavini Erden Timurla görüşüb. Görüş zamanı tərəflər arasında əməkdaşlıq perspektivləri, qarşılıqlı maraq doğuran gələcək layihələr və yeni imkanlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda isə Huner Group-un baş sponsoru olduğu "Turan Tovuz" Futbol Klubunun forması Erden Timura hədiyyə edilib.

Digər xəbərlər