Azərbaycan - Monteneqro oyununda dava - Video

Futbol, Video
326
09 İyun 2025 - 01:05
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyunu qalmaqalla yadda qalıb.
Azərbaycanın U-21 yığması Sumqayıtda Monteneqronun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan matç 0:0 hesablı heç-heçə başa çatıb.
Oyunun ardından Monteneqro futbolçuları baş hakim Rəşad Əhmədova etirazlarını bildiriblər. Hər iki komanda arasında dava düşüb.
Qeyd edək ki, millimiz toplanış çərçivəsində ilk yoxlama görüşünü səfərdə Belarus yığmasına qarşı (1:3) keçirib.