Eksklüziv: Azərbaycanda kənarlaşdırılan Mariana Vasileva gülərək gündəmə gəldi - Foto

Eksklüziv: Azərbaycanda kənarlaşdırılan Mariana Vasileva gülərək gündəmə gəldi - Foto
Digər, Eksklüziv
635
02 Avqust 2025 - 22:55

Supersport.Az Azərbaycanın gənclər və idman nazirinin müavini vəzifəsindən kənarlaşdırılan Mariana Vasilevayla bağlı məlumat əldə edib.


51 yaşlı bolqarıstanlı Mariana, bu gün səhər saatlarında Heydər Əliyev adına beynəlxalq aeroportda görünüb.


M.Vasileva fəaliyyətindəki ciddi nöqsanlar səbəbindən vəzifəsindən çıxarılsa da, gülərək hərəkət edib.


Mariana Vasileva xarici və milli mediada bir müddət əvvəl sərt tənqid olunub.


Mətbuatda Azərbaycanın bədii gimnastika milli komandasının sabiq baş məşqçisi, gənclər və idman nazirinin müavini Mariana Vasilevanın idmançılara qarşı fiziki zorakılıqda günahlandırıldığı və beynəlxalq qurum tərəfindən ömürlük cəzalandırıldığı barədə xəbərlər yayılmışdı. 


Gənclər və idman naziri Fərid Qayıbovun müavini olmuş Mariana Vasileva üç il bu vəzifədə çalışdıqdan sonra fəaliyyətindəki ciddi nöqsanlar səbəbindən nazirlikdən xaric olunub.


M.Vasileva bərbad işinə görə kənarlaşdırılsa da, hazırda onun qeyri-rəsmi olaraq Gənclər və İdman Nazirliyində çalışdığı ehtimal olunur.


Bir məqamı da qeyd edək ki, nazir Fərid Qayıbovla yanaşı, digər qurumlarda vəzifədə çalışan şəxslər sosial şəbəkədə Mariana Vasileva ilə dostluğu davam etdirirlər.

Digər xəbərlər