"Araz-Naxçıvan" "Aris"i 5:1 məğlub etməli idi" - Elmar Baxşıyev

"Araz-Naxçıvan" "Aris"i 5:1 məğlub etməli idi" - Elmar Baxşıyev
Futbol, Eksklüziv
324
01 Avqust 2025 - 00:56

Supersport.Az-ın əldə etdiyi məlumata görə, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Aris” – “Araz-Naxçıvan” oyunundan sonra mətbuat konfransında Azərbaycan klubunun baş məşqçisi Elmar Baxşıyev fikirlərini bildirib:


"Yaxşı oyun izlədik. Hər iki komanda layiqli mübarizə apardı. Bizi səfərdə nəyin gözlədiyini bilirdik. Bu gün şanslı tərəf biz olduq. Penalti epizoduna gəldikdə, hakimlərin qərarını heç vaxt müzakirə etmək istəməmişəm. Bakıdakı oyunda da bizim xeyrimizə penalti təyin edilməli idi, amma bunu etmədilər. Biz də bunu qabartmadıq. Oyunun qırılma nöqtəsi isə penalti epizodu deyildi. 

“Aris”in oyununu da vurğulamaq lazımdır. Yaxşı, təşkilatlanmış komandadır. Bakıdakı oyunda da geri dönüşü futbolçularım etdi. Hər iki oyunda “Araz-Naxçıvan” meydanda yaxşı işlər gördü. 

Bu cür mərhələlər iki oyundan ibarətdir. Deyirsiniz ki, iki epizodumuz oldu və hər ikisini dəyərləndirdik. Bunlar futbolun elementləridir. Bakıdakı oyuna baxsaq, epizodları hesablasaq, 5:1 hesabı ilə qalib gəlməli idik. Komanda şəklində yaxşı, layiqli mübarizə apardıq. Yolumuza davam edirik”.

Digər xəbərlər