Məhəmməd Salahdan İsrailin terroruna, UEFA-ya etiraz - Foto
Futbol, Foto
384
11 Avqust 2025 - 14:19
Fələstin millisinin keçmiş futbolçusu Süleyman Əl-Obeid humanitar yardım gözləyərkən İsrailin terroru nəticəsində həlak olub.
Supersport.Az xəbər verir ki, Avropa futbol qurumu - UEFA rəsmi “X” hesabında Əl-Obeidin ölümü ilə bağlı paylaşım edib.
"Fələstin Pelesi" Süleyman əl-Obeidlə vida.
Ən qaranlıq vaxtlarda belə saysız-hesabsız uşaqlara ümid bəxş edən istedad".
Məşhur misirli futbolçu Məhəmməd Salah isə UEFA-nın zülmə etiraz etməməsiylə bağlı etirazını bildirərək, quruma belə bir sual ünvanlayıb:
"Onun necə, harada və niyə öldüyünü deyə bilərsinizmi?"
Salahın bu reaksiyası “X” istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.