"Sabah" 3-cü mərhələyə keçdi

Futbol
318
31 İyul 2025 - 22:00
Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşləri keçirilir.
Supersport.Az xəbər verir ki, "Sabah" "Petrokub"la qarşılaşıb.
İlk görüşdə rəqibinə 2:0 qalib gələn Azərbaycan kubokunun sahibi, bu dəfə moldovalıları Bakıda 4:1 məğlub edib.
Bu cütün qalibi Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Levski" (Bolqarıstan) – "Braqa" (Portuqaliya) görüşünün məğlubu ilə üz-üzə gələcək.
20:00. “Sabah”(Azərbaycan) - “Petrokub” (Moldova) 4:1
Qollar: Coy-Lens Mikels, 22 (1:0), 28 (2:0), Stiv Solvet, 41 (2:1), Coy-Lens Mikels, 45 (3:1), Pavol Şafranko, 45+1 (4:1)
Baş hakim Danilo Nikoliç (Serbiya)
Ilk oyun - 2:0
Masazır.