Ramil Şeydayev "Neftçi" rəhbərliyinə səsləndi: "2 milyon manat verin, gedim"
"Neftçi" Futbol Klubu mövsümün sonunda əksər futbolçularıyla vidalaşmağa qərar verdi. Bakı təmsilçisi bir neçə oyunçunu da göndərməyin yollarını axtarır.
Supersport.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Samir Abasov hücumçu Ramil Şeydayevi də kənarlaşdırmaq istəsə də, istəyinə çata bilmir.
29 yaşlı Ramil Şeydayev "Neftçi" rəhbərliyindən əvvəlcə 1 milyon manat təzminat tələb etsə də, indi məbləği 2 milyona qaldırıb. İkiillik müqaviləsi qalan futbolçu, klub rəsmilərinə deyib ki, kontraktın şərti ödənməsə, komandadan ayrılmayacaq.
Qeyd edək ki, "Neftçi" rəhbərliyi ötən il Ramil Şeydayevlə 3 illik müqavilə imzalayıb.
Ötən mövsüm Ramil premyer liqada 27 oyunda 4 qol vurub, 2 effektli ötürmə verib, kubok yarışının 4 matçında isə fərqlənə bilməyib.