AFFA onu yola saldı, Murad Axundovu təyin etdi

Futbol
291
01 Avqust 2025 - 15:00
Supersport.Az-ın məlumatına görə, AFFA rəhbərliyi qurumun mətbuat katibini dəyişib. Elnur Məmmədliylə müqavilə yenilənməyib, yerinə Murad Axundov təyin olunub.
E.Məmmədli fəaliyyəti dövründə bəzi səhvlərə yol verdi, AFFA ilə media arasında əlaqələri düzgün qurmadı.
Murad Axundova gəlincə, əvvəllər mətbuatda, "Keşlə" ("Şamaxı") klubunda çalışıb. Onun da necə işləyəcəyini diqqətdə saxlayacağıq. M.Axundov bundan əvvəl AFFA-da media mütəxəssisi kimi çalışırdı.