Azərbaycan pəhləvanı dünya çempionu oldu

Azərbaycan pəhləvanı dünya çempionu oldu
Olimpiya, Güləş
437
02 Avqust 2025 - 21:55

Yunanıstanın paytaxtı Afinada U17 dünya çempionatı davam edir.


Supersport.Az xəbər verir ki, bu gün daha 2 güləşçimiz mundialda fəxri kürsüyə qalxıb.


Hüseyn İsmayılov (65 kq) finalda amerikalı Arseni Kikinyovla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələn Azərbaycan pəhləvanı dünya çempionu olub.


Hakim Tağıyev (110 kq) təsəlliverici görüşdə ermənistanlı Laert Movsesyana heç bir şans tanımayıb – 13:4. Milli üzvü həlledici qarşılaşmada bolqarıstanlı Stefan Stefanova sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək bürünc medalı boynundan asıb.


Rəvan Həsənzadə (48 kq) isə üçüncü yer uğrunda görüşdə rusiyalı İslam Rabadanova 9:11 hesabıyla məğlub olub.

Digər xəbərlər