Video: "Qarabağ" - "Traktor" dostluq matçı keçirməyə can-başla hazırıq" - Tahir Gözəl

Supersport.Az-a eksklüziv açıqlamasında Azərbaycanın 12 qat çempionu "Qarabağ"ın prezidenti Tahir Gözəl İran çempionu "Traktor"la dostluq matçı keçirməyə hazır olduqlarını bildirib.
"Qarabağ" - "Traktor" dostluq matçı keçirsək çox sevinərik, əla hadisə olar. İrandan gələcək dost, qardaş heyəti böyük məmnuniyyətlə qarşılayarıq. Buna can-başla hazırıq. Hər iki kluba uyğun vaxt təyin edib, dostluq oyununu keçirmək bizə çox xoş olardı. Xoş gəlsinlər, səfa gətirsinlər. Başımız, gözümüz üstündə onların yeri var" deyən "Qarabağ"ın prezidenti Tahir Gözəl, dostluq oyununun keçirilməsi üçün İranın azərbaycanlı prezidenti, "Traktor"un azarkeşi Məsud Pezeşkiana müraciət edib:
"Cənab Pezeşkian "Qarabağ"ın "Traktor"la dostluq oyunu keçirməsinə kömək etsə, çox məmnun, minnətdar olarıq. Böyük məmnuniyyətlə qonaqları Bakıda gözləyəcəyik".