Azərbaycan yığmasına dərs verildi, baş məşqçi Ayxan Abbasov dişlərini ağartdı - Fotolar

Futbol, Foto
1236
04 İyun 2025 - 21:37
Supersport.Az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünü keçirib.
Ölkəmizin U-21-i səfərdə Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Belarus futbolçuları Azərbaycan yığmasına 3:1 hesablı dərs keçib.
Oyunun ardından rəqibin baş məşqçisiylə görüş zamanı Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov gülməyə üstünlük verib.
Vaxtilə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ispanlara 0:6 hesabıyla məğlub olanda dişlərini ağartmışdı.
20:00. Belarus (U-21) – Azərbaycan (U-21) 3:1





