"Qarabağ" ispan futbolçu aldı - Foto

"Qarabağ" ispan futbolçu aldı - Foto
Futbol, Eksklüziv, Foto
603
03 Avqust 2025 - 21:33

Supersport.Az xəbər verir ki, yeni mövsüm üçün daha bir futbolçunu heyətinə cəlb edib.


Ötən mövsüm İspaniyanın "Rayo Valyekano" klubunda çıxış edən Joni Montielin (Jonathan Monitel Caballero) keçidi rəsmiləşib.

 

Futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi "Qarabağ"da 9 nömrəli forma ilə çıxış edəcək.


26 yaşlı sol vinger "Rayo Valyekano"nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.

 

Qeyd edək ki, "Qarabağ" bunadək dörd futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuakunu və Sami Mmaeni heyətinə qatıb.



Digər xəbərlər