Eksklüziv: Qurban Qurbanov: "Şkendiya" bərk, xarakterli, təhlükəli komandadır, səhvsiz oynamalıyıq"

Eksklüziv: Qurban Qurbanov: "Şkendiya" bərk, xarakterli, təhlükəli komandadır, səhvsiz oynamalıyıq"
Futbol, Eksklüziv
507
04 Avqust 2025 - 11:05

Supersport.Az-a eksklüziv açıqlamasında  Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandasının qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib. 


"İki oyunda qalib gələrək mərhələ adlayan komandaya qarşı oynayacağıq. Hamının fikri əvvəlcə bu idi ki, "Styaua" "Şkendiya"nı məğlub edəcək. Ancaq əksinə oldu, "Şkendiya" qələbə qazandı. Uzun illərdir futboldayıq. Mən Makedoniya klubundan uğur gözləyirdim. Çempionlar Liqasında asan rəqib olmur. Ölkələrinin çempionları özlərini göstərmək istəyirlər. Dəfələrlə belə nəticələri görmüşük. Düşünmədiyiniz komandaların qalib gəldiyinin şahidi olmuşuq. 

Komandamızın futbolçularının formasını, hazırlığını yaxşılaşdırmağa çalışdıq. 

Daha həvəsli, çox istəkli, möhkəm komandaya qarşı oynayacağıq. Hər halda, çox diqqətli olmalıyıq. "Şkendiya" bərk, xarakterli, təhlükəli komandadır. Bəlkə də ilk oyundan sonra bizim üçün daha asan olacaq, rəqibi daha yaxından tanıyacağıq. İnşAllah çalışacağıq ki, yaxşı oyun göstərək".


Q.Qurbanov, "Qarabağ" "Şkendiya" ilə döyüşə hazırdır?" sualına cavab verib: 


"Bəli, oyuna hazırıq. Bir daha bildirim ki, çalışıb diqqətli, səhvsiz oynamalıyıq".

 

Digər xəbərlər