Portuqaliya 40 il sonra Almaniyada qələbəylə finalda - Video

Portuqaliya 40 il sonra Almaniyada qələbəylə finalda - Video
Futbol, Video, Foto
417
05 İyun 2025 - 05:43

UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.



Supersport.Az xəbər verir ki, ilk oyun günündə bir oyun keçirilib.


Almaniya Portuqaliya ilə qarşılaşıb. Portuqaliya hesabda geri düşməsinə baxmayaraq, sonradan 2 qol vuraraq matçdan 2:1 hesablı qalib ayrılıb və finala yüksəlib.


Portuqaliya 40 il sonra Almaniyada qələbə qazanıb, 25 ilin ardından almanları məğlub edib. Kriştiano Ronaldo karyerasında ilk dəfə almanlara qalib gəlib. Ronaldo karyerasında 937-ci, 2003-dən çıxış etdiyi milli komandada 220 oyunda 137-ci qolunu vurub. 


Daha bir yarımfinal matçı olan İspaniya - Fransa görüşü isə bu gün keçiriləcək.


UEFA Millətlər Liqası


Yarımfinal


23:10 Almaniya - Portuqaliya 1:2


Qol: F.Virtz,49, - F.Konseysao,63, K.Ronaldo,68

Digər xəbərlər