"Özbəkistan yığması Allahın köməyilə tarix yazdı" - Timur Kapadze

"Özbəkistan yığması Allahın köməyilə tarix yazdı" - Timur Kapadze
Futbol
524
07 İyun 2025 - 22:13

Supersport.Az xəbər verir ki, dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Özbəkistanın futbol yığmasının baş məşqçisi Timur Kapadze tarixi zəfəri şərh edib. 


Baş məşqçi Kapadze ölkə rəhbərliyinə, azarkeşlərə, futbolçulara göstərdikləri dəstəyə və fədakarlığa görə təşəkkürünü bildirib.


"Əvvəla, hörmətli prezidenti və bütün xalqımızı bu qələbə münasibətilə təbrik etmək istəyirəm. Biz uzun yol qət etdik. Allaha şükür ki, məqsədimizə nail olduq. Bütün futbolçulara təşəkkür edirəm. Bu, hamımızın qələbəsidir. Hər bir özbək bizimlə dua edirdi, bu, bizə böyük güc verdi. Sağ olun".


Bundan sonra məşqçi sözünə belə davam edib:


"Telefon zəngləri dayanmırdı - hamı bizi dəstəkləyir, dua edir, qələbə arzulayırdı. Bu, bizim üçün böyük stimul oldu. Futbolçularım hər oyunda xarakter göstərdilər, canlarını fəda etdilər və tarixi nəticə əldə etdik. Zəfərimiz mübarək olsun".


Mərhum gülüş ustası Xojiboy Tojiboyev tez-tez futbolla bağlı zarafat edirdi. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatından sonra o,  tez-tez milli futbol komandasının keçmiş uğursuzluqlarıyla bağlı söz atırdı:


"Biz komandamızı təntənəli şəkildə Almaniyaya yola salmağa razılaşardıq... Oynamasalar belə. Oraya bir dondurma yeməyə gedib qayıtsalar, razılıq verərdik. Hava limanımıza belə gedə bilmədilər".


Timur Kapadze bu sözlərə istinad edərək deyib:


"Hər zaman dünya çempionatına vəsiqə qazanmaq üçün nəsə çatmırdı. Heç olmasa dondurma yemək istəyirdik. Allaha şükür, indi Dünya Kubokuna vəsiqə qazandıq və xalqımız sakitcə gedib orada dondurma yeyə biləcək. Lakin Özbəkistan milli komandası dünya çempionatına dondurma yeməyə yox, mübarizə aparmağa gedəcək".


T.Kapadze tarixi uğuru qazandıqları üçün özünü xoşbəxt hesab etdiyini vurğulayıb:


"Allaha şükür ki, şərəfli yolu keçmək mənə qismət oldu. 

Biz böyük təzyiqin öhdəsindən gəldik. Matçdan əvvəl bütün saytlar və azarkeşlər qələbəmizi proqnozlaşdırırdılar. Bu, həm ruhlandırıcı, həm də çətin idi. Biz ümidləri doğrultmalı idik. Təzyiq var idi, amma finala vəsiqənin öhdəsindən gəldik".


Tinur Kapadze əvvəlki baş məşqçi Sreçko Katanes xəstəlik səbəbindən komandadan ayrıldıqdan sonra Özbəkistan yığmasının baş məşqçisi olub.


Özbəkistan 1991-ci ildə müstəqillikdən sonra 1994-də Asiya Futbol Konfederasiyasına üzv qəbul olunub, 8-ci cəhdində dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Digər xəbərlər