Portuqaliya futbol yığması çempion oldu 

Portuqaliya futbol yığması çempion oldu 
Futbol
451
09 İyun 2025 - 02:21

Supersport.Az xəbər verir ki, bu gün UEFA Millətlər Liqasında üçüncü yer və qızıl medal uğrunda oyunların qalibləri müəyyənləşib.


Üçüncü yerin sahibi Ştutqartda Almaniya ilə Fransa arasında keçirilən görüşdən sonra məlum olub. Fransızlar 2:0 hesablı qalib gəlib. 


17:00 Almaniya - Fransa 0:2


Qollar: Mbappe 45, Olise 84


Günün ən vacib qarşılaşmasında Münxendə Portuqaliya və İspaniya yığmaları qızıl medal uğrunda qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı heç-heçə (2:2) bitdiyi üçün qalibi müəyyənləşdirmək məqsədilə penaltilər seriyasından istifadə olunub. Portuqaliya 5:3 hesablı qələbəylə çempion olub. Kriştiano Ronaldo ciddi zədə aldığı üçün 89-cu dəqiqədə meydanı tərk edib.


23:00 Portuqaliya - İspaniya 2:2 (5:3-pen.)


Qollar: Nuno Mendes 26, Kriştiano Ronaldo 61 - Zubimendi 21, Oyarzabal 45


Digər xəbərlər