"Qarabağ"ın Çempionlar Liqasına hazırlıq planı

"Qarabağ"ın Çempionlar Liqasına hazırlıq planı
Futbol
402
08 İyun 2025 - 06:57

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Çempionlar Liqasında təmsilçimiz "Qarabağ" Futbol Klubunun mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.


Ağdam komandası iyunun 18-də Bakıda məşqə başlayacaq. Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək.


"Qarabağ" hazırlıq prosesinin ikinci mərhələsini Avstriyada gerçəkləşəcək. Azərbaycanın 12 qat çempionu iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək. “Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən oteldə məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Rəqiblər barədə daha sonra məlumat veriləcək.



Digər xəbərlər