"Azərbaycan yığması bizdən güclü olsa da, qorxmuruq"

Futbol
314
01 İyun 2025 - 12:21
Supersport.Az-a açıqlamasında bu gün Bakıda başa çatacaq minifutbol üzrə dünya çempionatının finalında Azərbaycanla qarşılaşacaq Macarıstan yığmasının üzvü Balaj Bnyei qalib gəlmək üçün əllərindən gələni edəcəklərini bildirib.
"Mən uzun müddətdir minifutbol oynamıram. Ancaq gördüklərimdən deye bilərəm ki, Azərbaycan futbolçuları çox texnikalıdır, klublar arasında Çempionlar Liqasının qalibi olublar, bizdən üstündürlər. Buna baxmayaraq, rəqibdən qorxmuruq. Finalda da qələbə üçün bütün qüvvəmizi sərf edəcəyik".
Macar futbolçu Azərbaycanda insanların çox təvazökar, Bakının yaxşı şəhər olduğunu deyib.