Messi Azərbaycanı təbrik etdi

Futbol, Eksklüziv, Video
400
02 İyun 2025 - 23:00
Argentinalı ulduz futbolçu Lionel Messi minifutbol üzrə dünya çempionu Azərbaycan millisini təbrik edib.
Supersport.Az xəbər verir ki, bu barədə iş adamı Adnan Əhmədzadə sosial şəbəkə hesabında paylaşım edib.
O, Messinin təbrikinin videosunu paylaşaraq “Futbol əfsanəsindən Azərbaycan xalqına. Təşəkkür edirəm, Leo!” sözlərini yazıb.
Xatırladaq ki, ötən gün Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub. Komandamız final görüşündə Macarıstanı 4:2 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.