Orxan Məmmədov: "Dünya çempionluğunu sözlə ifadə etmək çətindir" - Video

Orxan Məmmədov: "Dünya çempionluğunu sözlə ifadə etmək çətindir" - Video
Futbol, Eksklüziv
325
01 İyun 2025 - 23:51

Supersport.Az-a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dünya çempionu milli komandanın çıxışını yüksək qiymətləndirib. Qurum rəhbəri zəfərin qazanılmasına görə, xalqımıza, azarkeşlərə, prezident İlham Əliyevə təşəkkürünü bildirib.


"Azərbaycan millisi möhtəşəm dəstək sayəsində böyük zəfər qazandı. Buna görə hər kəsə təşəkkür edirəm".


Federasiya prezidenti, Azərbaycan millisinin dünya çempionu Rumıniya yığmasıyla 1/8 final oyununda penaltilər seriyasında daha çox həyəcanlandığını qeyd edib.


Qeyd edək ki, 12 gün müddətində Bakıdakı dünya çempionatında 32 ölkənin seçmə komandası mübarizə aparıb.

Azərbaycan millisi əvvəlki dünya çempionu Rumıniyanı məğlub edərək, yarışdan kənarlaşdırıb. Avropa çempionu millimiz finalda macarlara 4:2 qalib gələrək, dünya çempionu olub.

Avropa çempionu Serbiya yığması dünya çempionatında üçüncü yeri tutub.

Digər xəbərlər