Azərbaycan - Macarıstan finalında yeni dünya rekordu

Supersport.Az-ın məlumatına görə, #BAKU2025 minifutbol üzrə dünya çempionatında daha bir dünya rekordu vurula bilər.
Bu gün Azərbaycan - Macarıstan finalı üçün satışa çıxarılan biletlərin hamısı satılıb. Oyun 20:00-da başlanacaq.
Final oyununun keçiriləcəyi Milli Gimnastika Arenası 9 min tamaşaçı üçün nəzərdə tutulub.
Azərbaycan - Macarıstan finalına satışa çıxarılan 7 min 500 biletin hamısı satılıb.
Supersport.Az-a bu məlumatı Azərbaycan Minifutbol Federasiyasının rəsmisi Sərxan İbrahimoğlu verib.
1/4 final mərhələsində keçirilən Azərbaycan - İngiltərə matçını 7007 azarkeş izləyib. Bu minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir.
Qeyd edək ki, bundan əvvəl ən çox azarkeş sayı Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının Slovakiya - Belçika açılış matçında olub (6513).

