Video - Qurban Qurbanov: "Azərbaycan millisinin dünya çempionu olacağına inanıram"

Video - Qurban Qurbanov: "Azərbaycan millisinin dünya çempionu olacağına inanıram"
Futbol, Video
387
30 May 2025 - 14:47

Supersport.Az "Qarabağ"ın çempionluq tədbirində baş məşqçi Qurban Qurbanovun Azərbaycanın minifutbol seçmə komandası haqda müsbət fikirlərini videogörüntüyə alıb.



Təcrübəli mütəxəssis əvvəlcə Azərbaycan yığmasının dünya çempionu Rumıniyanı məğlub etməsindən, azarkeşlərin fantastik dəstək verməsindən danışıb.


Q.Qurbanov millimizin ingilislərlə oyununda hesab 1:1 olarkən narahat olduqlarını, 2:1 hesablı qələbəyə sevindiklərini millini, federasiya rəhbərliyini təbrik etdiklərini bildirib.


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Allahın köməyilə Azərbaycanın minifutbol yığmasının dünya çempionu olacağına inamını ifadə edib, azarkeşliyi davam etdirəcəklərini söyləyib.


AFFA İcraiyyə Komitəsinin üzvü də olan Qurban Qurbanov Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovun rəhbərliyi ilə dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu, milli komandanın əla oyun nümayiş etdirdiyini vurğulayıb.

Digər xəbərlər