"Macarıstan yığması finalda Azərbaycan futbolçularına qalib gələ bilər"

"Macarıstan yığması finalda Azərbaycan futbolçularına qalib gələ bilər"
Futbol
622
31 May 2025 - 09:55

Supersport.Az iyunun 1-də Bakıda minifutbol üzrə dünya çempionatının finalında Azərbaycan milli komandasıyla qarşılaşacaq Macarıstan yığmasının 44 yaşlı baş məşqçisi Yanoş Trençenidən müsahibə alıb.


- Macarıstan Avropa çempionu Serbiya yığmasını da kənarlaşdırdı. Milli komandanızın finala vəsiqə qazanmasını sürpriz hesab etmək olar?


- Çox çətin oyun keçdi. Rəqib güclü komanda olsa da, çəkinmədik. Əsas odur ki, istəyimizə çatıb finala adladıq. Bəli, bu, bizim üçün sürpriz oldu. Burada güclü komandalar çoxdur. Macarıstan yığmasının xəyalı finala vəsiqə idi. Bunu bacardığımız üçün çox sevinliyik və xoşbəxtik. 


- Azərbaycan milli komandasi haqda nə fikirdəsiniz?


- Azərbaycan yığması ən yaxşı komandadır, çətin oyunlarda çox vaxt qalib gəlirlər. Bu, sürpriz deyil. Macarıstan Azərbaycanla iki dəfə qarşılaşıb.  

sabah dahada yaxsi oyun numayis eleyeciyik bu gunkunden daha yaxsi oynamagi planlasdiririq. qalib gelmek ucun herseyi edeciyik


- Finalda hansi komanda qalib gələcək: Azərbaycan, yoxsa Macarıstan? 

- (Gülür). Çox çətin oyun olacaq. Buna rəğmən Macarıstan yığmasının baş məşqçisi kimi deyə bilərəm ki, Azərbaycana qalib gələ bilərik. Finalda daha yaxşı mübarizə aparıb dünya çempionu olmağa çalışacağıq. 


- Azərbaycan haqqında düşüncələriniz necədir? 

- Azərbaycan çox yaxşı ölkədir. Macarıstanda Bakıya "Balaca Dubay" deyirlər. İlk dəfə buradayam və Bakı çox gözəl şəhərdir.


Digər xəbərlər