Emin Mahmudov: "Bir günlə heç nəyi dəyişə bilmərik" - Video

Emin Mahmudov: "Bir günlə heç nəyi dəyişə bilmərik" - Video
Futbol, Video
307
04 Sentyabr 2024 - 20:36

Supersport.Az-ın məlumatına görə, Millətlər Liqasında Bakıda İsveç yığmasını qəbul edəcək Azərbaycan millisinin kapitanı Emin Mahmudov açıqlama verib.

"Bizi çox yaxşı komandaya qarşı oyun gözləyir. Rəqibin güclü futbolçuları var. Məqsədimiz yaxşı oyunla qələbə qazanmaqdır. Maksimum dərəcədə diqqətli olmalı və yaxşı mübarizə aparmalıyıq. Karyeramın ən yaxşı oyununu ötən il İsveçə qarşı keçirmişəm. Yenə də komandamın uğurlu nəticə qazanması üçün əlimdən gələni edəcəyəm. Vaxtımız çox az idi. Bir günə heç nəyi dəyişə bilmərik. Bir yerdə çox məşq etməmişik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq".

Digər xəbərlər