Fernando Santuş: "İsveçi zəif yerlərindən vurmağa çalışacağıq" - Video

Fernando Santuş: "İsveçi zəif yerlərindən vurmağa çalışacağıq" - Video
Futbol
289
04 Sentyabr 2024 - 20:23

Supersport.Az xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - İsveç oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş fikirlərini bildirib.

"Oyunçularımız özləri də başa düşürlər ki, çətin olacaq. Ancaq onlarda qələbə qazanmaq üçün istək görürəm. Futbolçularımızın fiziki durumlarından razıyam. Oyun zamanı futbolçuların bir-birilərinə uyğunlaşması lazımdır. Komanda olaraq sabahkı matça konsentrasiya olmuşuq. İsveç yığması kifayət qədər güclüdür, yeni baş məşqçiləri var. Hazırkı baş məşqçinin rəhbərliyi altında keçirdiyi 4 görüşü də izləmişik. Onların müsbət və mənfi cəhətlərinə diqqət yetirmişik. Çalışacağıq ki, zəif cəhətlərindən   istifadə edək. Futbolçularımıza hansı məqamlara diqqət yetirməli olduqlarını izah etmişik".

Digər xəbərlər