"Qarabağ"la oyunda axmaq qollar buraxmamalıydıq, dərs almalıyıq"

"Qarabağ"la oyunda axmaq qollar buraxmamalıydıq, dərs almalıyıq"
Futbol
321
24 İyul 2025 - 04:15

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Dublində "Qarabağ"a 0:3 məğlub olan "Şelburn"un baş məşqçisi Joey O'Brien məyus olduğunu bildirib.


"Oyunda hesab məni məyus etdi. "Qarabağ" 3:0-la bizdən qaçdı. İkinci hissədə bərabərlik qolunu vura bilmədik.


"Qarabağ"ın sürətini gördük, onlar bu səviyyədə oynamağa öyrəşiblər. İsti olacağını bilirdik. "Qarabağ"ın topa toxunuşu, sürəti, ötürmələri. Bir sözlə, hər şey yüksək səviyyədə idi.


Birinci hissədə rəqibə həddindən artıq hörmət göstərdik. Futbol meydançasında hörmət qorxuludur. Düşündüm ki, biz səhv etməkdən qorxuruq.

Fasilədə biz taktikanı dəyişdik, fəal oynadıq, irəli atıldıq, bir neçə qol imkanları təşkil etdik.  Düşündüm ki, fiziki formamız özünü göstərəcək. Lakin qol vura bilmədik və açıq futbol oynadıq. Bu halda vəziyyəti dəyişmək mümkünsüz idi. İkinci qolu meydanda ən yaxşı futbolçu vurdu. Son qolu kobud səhvimizdən buraxdıq. Biz gücü artırsaq da, axmaq qollar buraxmamalıydıq. 0:3 hesablı məğlubiyyətdən dərs almalıyıq".





Digər xəbərlər